Böyük Bir Biznes Üçün Web Sayt Qurmaq Üçün 10 Əsas Addım

Biznesinizin hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq doğru web sayt daha çox müştəri qazanmaq və satışlarınızı daha tez etmək üçün çox vacibdir. Xüsusilə biznesiniz böyükdürsə və müştəriniz çoxdursa, web sayt qurulması həm çətin həm də vaxt alan bir proses ola bilər. Bu səbəbdən böyük bir biznes üçün web sayt qurarkən diqqət yetirməli olduğunuz məqamları sizinlə paylaşmaq istəyirik.

Məqaləmizə keçmədən öncə bildirmək istəyirik ki, Proton.az olaraq uzun illərdir Azərbaycanda web sayt xidməti göstəririk. Böyük təcrübəyə sahib komandamız ehtiyac duyduğunuz saytı sizin üçün yaratmaq üçün hər zaman hazırdır.

Böyük Biznes Üçün Web Sayt Yaradilmasi Üçün Diqqətə Alınmalı Addımlar

Doğru Domen Seçimi

Veb saytınızın ünvanı olaraq da bilinən domen adınız, saytınızın giriş nöqtəsidir. Uğurlu domen brendinizin yadda qalan olmasına və axtarış nəticələrində ön sıralara çıxmasına kömək edir. 

Veb Hostinq Seçimi

Domeninizi saxlamaq üçün alacağınız hostinq xidməti web sayt üçün lazım olan xidmətləri və texnologiyaları saytınız üçün təmin edir. Bu səbəbdən saytınızı istifadə etmək üçün ehtiyaclarınıza uyğun hostinq seçimi mütləqdir.

Brendinizi İnsanlara Tanıdın

Brendinizi insanlara tanıtmaq üçün saytınızı doğru bir şəkildə istifadə edə bilərsiniz. Səhifə dizaynınızda insanlara çatdırmaq istədiyiniz mesajların doğru şəkildə yerləşdiyindən əmin olun. 

Doğru Məzmun İdarə Etmə Sisteminin Seçilməsi (CMS)

Doğru CMS ilə məzmunlarınızı rahat və çətinlik çəkmədən yerləşdirə bilərsiniz. CMS xidmətləri çox fərqli çeşiddə ola bildiyi üçün doğru büdcənizə, web sayt idarəetmə qabiliyətinizə və ehtiyaclarınıza uyğun olan CMS-i seçməyiniz tövsiyyə olunur.